Tramp: NATO ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməkdən imtina edib

Baş səhifə
Tramp: NATO ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməkdən imtina edib

Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” yazıb.

O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.