Yanvar-fevral aylarında neft koksunun ixracından əldə olunan gəlirlər məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 18,7 milyon
ABŞ dolları dəyərində 45,8 min ton neft koksu ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 10,5 milyon ABŞ dolları və ya 2,3 dəfə, həcm baxımından
isə 17,4 min ton və ya 1,6 dəfə çoxdur.




Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi
ixracının 0,51 faizini təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycandan
dünyanın 11 ölkəsinə 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon
ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları
ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3 faiz,
fiziki həcm baxımından isə1,178 milyon ton və ya 24,7 faiz
azalıb.