BƏƏ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ)
fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,738 milyon ABŞ dolları
təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ildəki göstərici ilə müqayisədə 6,3 milyon ABŞ dolları və
ya 43,8% çoxdur.

Məlumata görə, hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində BƏƏ-nin payı 4,1% təşkil edib.

Həmçinin 2025-ci ildə BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 42,127 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 10,4 milyon ABŞ dolları və
ya 33% artım deməkdir.




Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
BƏƏ-nin payı 3,6% təşkil edib.

2024-cü ildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul
köçürmələrinin həcmi 14,418 milyon ABŞ dolları, əks istiqamətdə isə
31,679 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.