Süni intellektlə seksual məzmunlu material hazırlayanlar 7 ilədək həbs ediləcək

Baş səhifə

Bakı. Trend:

Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi
proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu
foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət
hesab ediləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.




Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun
görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt
texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə
pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio
materialları hazırlama və ya həmin materialları mediada, kütləvi
nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya
informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 ildən 7
ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.