
Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda daha bir
tankerə hücum olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz
Ticarət Əməliyyatları İdarəsi (UMTO) məlumat yayıb.
Gəmi Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə liman şəhərindən
23 dəniz mili şərqdə lövbərdə olarkən ona naməlum mərminin dəydiyi
bildirilir.
Hücum nəticəsində gəminin göyərtəsinə az-əhəmiyyətli ziyan
dəyib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb.


