
Bakı.Trend:
“The New York Times” nəşri ABŞ-nin Kuba prezidentini devirmək
üçün apardığı danışıqların təfərrüatlarını öyrənib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Amerikalı danışıqlarçılar həmçinin
Kubanın Fidel Kastronun ideyalarına sadiq qalan bəzi yaşlı
məmurları hakimiyyətdən uzaqlaşdırmasına razılaşmasını istəyirlər.
Dias-Kanel Raul Kastronun varisi olub və 2018-ci ildən prezident
vəzifəsini tutur.
ABŞ prezidenti Donald Trampın administrasiyası Kubanın
prezidenti Migel Dias-Kanelin hakimiyyətdən uzaqlaşdırılmasına
çalışır.
Prezidentin devrilməsi Kubanın qalan hökumətinin dəyişməsi ilə
nəticələnməyəcək. NYT mənbələrinin yazdığına görə, ABŞ tərəfi
Havanaya aydın şəkildə bildirib ki, prezident getməlidir, lakin
digər istefalar Vaşinqtonu maraqlandırmır. Nəşrin həmsöhbətlərinin
izahına görə, ABŞ Dias-Kaneli sərt xətt tərəfdarı və iqtisadiyyat
üçün zəruri struktur islahatlarının əleyhdarı kimi görür.
Tramp administrasiyasının bəzi rəsmilərinin fikrincə, Kuba
dövlət başçısının vəzifədən uzaqlaşdırılması ölkədə Dias-Kanelin
dəstəkləməsi ehtimalı az olan struktur iqtisadi dəyişikliklərin
həyata keçirilməsinə imkan verə bilər.
Amerikalı danışıqlarçılar həmçinin Kubanın Fidel Kastronun
ideyalarına sadiq qalan bəzi yaşlı məmurları hakimiyyətdən
uzaqlaşdırmasına razılaşmasını istəyirlər. Bununla belə, iki
mənbənin dəqiqləşdirdiyinə görə, ABŞ hələlik Kastro ailəsinin
üzvlərinə qarşı hər hansı konkret addımların atılmasını tələb
etmir.


