
Bakı.Trend:
İranın Ali lideri Müctəba Xameneinin ölümdən necə qurtulduğunun
təfərrüatları məlum olub.
Trend xəbər verir
ki, bu barədə “The Telegraph” yazır.
Nəşr yazır ki, İranın yeni ali lideri Müctəba Xamenei İsrailin
raket hücumu zamanı sağ qalıb. Həmin hücum nəticəsində onun atası
Əli Xamenei həlak olub.
Məlumata görə, zərbədən bir neçə dəqiqə əvvəl Müctəba evdən
çıxıb.
Nəşrin yazdığına görə, bu məlumat dövlət başçısının aparatının
protokol xidmətinin rəhbəri Məzahir Hüseyninin yüksək vəzifəli
ruhanilərə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
komandirlərinə müraciətinin sızdırılmış audioyazısından məlum
olur.
Muctəba həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eyni
kompleksdə idi. Hüseyninin sözlərinə görə, fevralın 28-i səhər
saatlarında, zərbədən az əvvəl o, həyətə çıxıb və partlayış baş
verən zaman içəridə olmayıb. “O, həyətə nəsə etmək üçün çıxmışdı
…, küçədə idi və yuxarı qalxmağa doğru gedirdi ki, həmin anda
binaya raket düşdü”, – protokol xidmətinin rəhbəri bildirib.
Hüseyninin iddiasına görə, partlayış nəticəsində Müctəba
“ayağından yüngül xəsarət” alıb. Hücum koordinasiyalı olub:
zərbələr eyni vaxtda ofis kompleksinin bir neçə obyektinə endirilib
və ehtimal ki, Xamenei ailəsinin tam məhv edilməsinə yönəlib.


