
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hava məkanının tamamilə
bağlandığını elan edib.
Trend xəbər verir ki, bu
barədə BƏƏ Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Qurum hava məkanının bağlanmasını uçuşların və təyyarə
heyətlərinin təhlükəsizliyini təmin etmək, eləcə də “regional
təhlükəsizlik sahəsində sürətlə dəyişən hadisələr” fonunda ölkə
ərazisini qorumaq məqsədi daşıyan “müstəsna ehtiyat tədbiri” kimi
qiymətləndirib.
Bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi bu addımın İran tərəfindən
mümkün yeni hücum dalğasına cavab olduğunu bildirmişdi.
Məlumata görə, bazar ertəsi Dubay Beynəlxalq Hava Limanı
pilotsuz uçuş aparatının aeroport yaxınlığındakı yanacaq çəninə
zərər vurmasından sonra fəaliyyətini müvəqqəti dayandırıb. Hadisə
nəticəsində yanğın baş versə də, sonradan alov söndürülüb. Xəsarət
alan olmayıb.


