SEPAH: ABŞ-nin qırıcı təyyarələrinin anqarları məhv edilib

Baş səhifə
SEPAH: ABŞ-nin qırıcı təyyarələrinin anqarları məhv edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili – red.) “Şeyx İsa” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidən 32 kilometr məsafədəki “Əl-Dəfra” hərbi hava bazalarına hücum edib.

“Report” xəbər verir ki, bu barədə SEPAH-a istinadən “Fars” xəbər agentliyi məlumat yayıb.

“Amerika hərbçilərinin qırıcı anqarları qanadlı raketlərlə məhv edilib”,- məlumatda bildirilib.

SEPAH hücumların hərbi bazalar tamamilə boşaldılıb məhv edilənə qədər davam etdiriləcəyini vurğulayıb.