
Bakı. Trend:
İtaliyanın “Eni” şirkəti Liviya sahillərində iki yeni qaz yatağı
aşkar etdiyini açıqlayıb.
Trend xəbər verir ki,
yataqlardakı ümumi ehtiyatın bir trilyon kub futdan çox olduğu qeyd
edilir.
Yataqlar Liviya sahillərindən 85 km uzaqlıqda yerləşir.


