
Bakı. Trend:
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında
qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə
əvəz edilib.
Trend xəbər verir ki, bu
barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya
Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və
yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi
ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya
Komitəsinə göndəriləcək.
Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət
olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim
ediləcək.


