Zelenski Böyük Britaniyaya səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniyaya
səfər edəcək.

Trend xəbər verir ki, bu
barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili açıqlama
verib.




O, parlamentdə çıxışı zamanı bildirib ki, sabah Prezident
Zelenskini ölkədə qarşılamaqdan məmnun olacaqlar.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya
göstərilən dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq
yaxın zamanda Zelenski ilə görüşəcəyini qeyd etmişdi.