
Bakı. Trend:
ABŞ neft hasilatını daha yüksək səviyyəyə qaldırır və bu sahədə
qlobal miqyasda rekord göstəricilərə yaxınlaşır.
Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp Kennedi Mərkəzinin İdarə Heyətinin
üzvləri ilə keçirilən nahar zamanı bildirib.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə ABŞ-da hasilat
iki dəfə artıb və yaxın vaxtlarda bu göstərici onların nəticələrini
üçqat üstələyə bilər.
Tramp qeyd edib ki, artıq milyonlarla barel neft emal
müəssisələrinə, xüsusilə də Hyustona göndərilir.


