“Real” “Bavariya”ya 160 milyon avro ödəməyə hazırdır

Baş səhifə

Bakı. Trend:

“Real” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün
iddialı planlar hazırlayır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İspaniya nəhəngi “Bavariya”da çıxış edən Maykl
Olise ilə maraqlanır.




“Kral klubu”nun prezidenti Florentino Peres fransalı futbolçunun
oyun keyfiyyətlərini yüksək qiymətləndirir. O, 24 yaşlı vingerin
transferi üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə
hazırdır.

Qeyd edək ki, “Bavariya” Maykl Oliseni 2024-cü ilin yayında “Kristal Pelas”dan 53 milyon avroya transfer edib.