Körpələrdə aldatma davranışı erkən yaşlardan müşahidə olunur – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Araşdırmalar göstərir ki, bəzi körpələr hələ ilk addımlarını
atmadan və ya danışmadan əvvəl belə aldatmanın sadə formalarını
anlayıb tətbiq edə bilirlər.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 750 valideyn arasında aparılan sorğuya əsasən,
təxminən 10 aylıq uşaqların dörddə biri valideynlərini eşitməmiş
kimi davranmaq, oyuncaqları gizlətmək və ya qadağan olunmuş
qidaları gizlicə yemək kimi elementar aldatma davranışları nümayiş
etdirir.




Valideynlərin cavablarına əsasən, uşaqlar üç yaşına çatdıqda bu
davranışlar daha yaradıcı və tez-tez rast gəlinən hala gəlir.

Bristol Universitetinin təhsil professoru və tədqiqatın aparıcı
müəllifi Elena Hoicka bildirib ki, araşdırma uşaqlarda aldatma
anlayışının gözləniləndən daha erkən yaşlarda formalaşdığını
göstərir.