
Bakı. Trend:
Astronomlar səthi ərimiş lava ilə örtülü olan yeni tip planet
aşkar ediblər.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “L98-59d” adlandırılan bu planet Yer kürəsindən
təxminən 1,6 dəfə böyükdür və 35 işıq ili uzaqlıqda yerləşən
qırmızı ulduzun ətrafında dövr edir.
Araşdırmalara görə, planetin səth temperaturu təxminən 1900°C-ə
çatır və səthinin böyük hissəsi maqma okeanı ilə örtülüb. Alimlər
planetin atmosferində hidrogen sulfid qazının çox olduğunu və
şəraitin həyat üçün əlverişli olmadığını bildirirlər.
Tədqiqatçılar hesab edir ki, bu tip ərimiş planetlər kainatda
düşündüyümüzdən daha çox ola bilər. Müşahidələr əsasən Ceyms Vebb
kosmik teleskopunun məlumatları əsasında aparılıb.


