Bakı. Trend:
İngiltərənin Kent qraflığında meningit xəstəliyinin yayılması
nəticəsində iki nəfər həyatını itirib, yüzlərlə tələbə isə
profilaktik antibiotik almaq üçün növbəyə dayanıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi
Agentliyi Kanterberi bölgəsində cümə günündən bazar gününə qədər
meningit əlamətləri ilə 13 yoluxma halı qeydə alındığını
bildirib.
Mütəxəssislər bildirirlər ki, meningitin konkret hansı ştamdan
qaynaqlandığı hələ müəyyən edilməyib. Meningokok bakteriyası beyin
qişalarının iltihabına və qan zəhərlənməsinə səbəb ola bilər və bu
vəziyyət qısa müddətdə sepsisə gətirib çıxara bilər.

