
Bakı. Trend:
Avropa Komissiyası Fələstin, Livan, Suriya, İordaniya və Misir
üçün 458 milyon avro dəyərində humanitar yardım ayıracağını
açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV_lər məlumat yayıb.
Qurumun məlumatında Avropa İttifaqının (Aİ) əsas donorların
regiondan çıxması və beynəlxalq humanitar hüququn misli görünməmiş
gərginlik altında olması ilə əlaqədar milyonlarla insana həyati
yardımları davam etdirdiyi bildirilib.
Yardım proqramı çərçivəsində Suriyaya 210, Fələstinə 124, Livana
100, İordaniyaya 15,5, Misirə isə 8 milyon avro ayrılması nəzərdə
tutulur.


