Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan yanacağının idxalına başlanmasından sonra Ermənistan
bazarında qiymətlər bir neçə səbəbə görə aşağı düşüb.

Bunu Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Qeqam
Gevorkyan bildirib.

Birincisi, daşınma xərcləri azalıb, çünki yüklər Azərbaycandan
və Gürcüstandan dəmir yolu ilə gətirilir. İkincisi, bazar
iştirakçılarından birinin daha ucuz məhsulu meydana çıxıb və digər
iştirakçılar da bu reallığa uyğunlaşmağa məcbur olublar.




Onun sözlərinə görə, son beş ildə ölkənin yanacaq bazarında
çoxsaylı kiçik şirkətlərdən əlavə üç yeni iri təsərrüfat subyekti
fəaliyyətə başlayıb.

“Təəssüf ki, birja qiymətlərinin aşağı olduğu dövrdən istifadə
etmək imkanı uzun çəkmədi, çünki hazırda dünya bazarında da
qiymətlər artır . Qarşıdakı dövrdə proseslərin necə inkişaf
edəcəyini və birjada vəziyyətin necə formalaşacağını anlamalıyıq”,
– deyə Gevorkyan qeyd edib.