
NATO-nun Hörmüz boğazının blokadasını həll etməkdə rolu yoxdur.
Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
“Bu istiqamətdə NATO-nun hər hansı bir qərar verdiyini görmürəm və ya boğaz üçün məsuliyyət götürə biləcəyini düşünmürəm. Əgər belə olsaydı, NATO orqanları məsələyə müvafiq şəkildə yanaşardı”, — Vadeful deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinə Hörmüz boğazını qorumaqda kömək etmələri üçün təzyiqi artırıb və xəbərdarlıq edib ki, əgər NATO üzvləri Vaşinqtonun yardımına gəlməsələr, alyansın gələcəyi “çox pis” olacaq.


