Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır – Ədliyyə naziri

Baş səhifə

Bakı. Trend:

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır
və onun hakim Vətəndaş Müqaviləsi Partiyasının Rəyasət Heyətinin
iclasında, həmçinin eyni adlı parlament fraksiyasında müzakirə
olunması planlaşdırılır.

Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Respublikasının
ədliyyə naziri Srbui Qalyan bildirib.




“Konstitusiya islahatları üzrə şura çox fəal işləyir. Biz hər
həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Lakin
onun dərc olunması ilə bağlı hələlik yenilik yoxdur, çünki qərara
alınıb ki, mətn əvvəlcə Vətəndaş Müqaviləsi partiyasının Rəyasət
Heyətində və parlament fraksiyasında müzakirə edilsin. Bundan sonra
mətnin dərc olunması barədə qərar qəbul ediləcək”, – deyə nazir
bildirib.

O qeyd edib ki, Ermənistan Respublikasının yeni Konstitusiya
layihəsinin konseptual müddəaları daha əvvəl hazırlanıb və mətn də
məhz həmin müddəalar əsasında tərtib olunub.