Bəqayi: Hörmüz boğazı açıqdır, İran hərbi nəzarət edir

Baş səhifə

Hörmüz boğazı bağlanmayıb.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.

“Hörmüz boğazı bağlı deyil və gediş-gəliş İran silahlı qüvvələrinin nəzarəti altında həyata keçirilir”, – İran XİN sözçüsü qeyd edib.

O, eyni zamanda, nüvə danışıqlarına toxunaraq bildirib ki, İran ABŞ-a heç vaxt güvənməyib və danışıqlar etimadsızlıq şəraitində aparılıb.

“Yaranmış vəziyyətin məsuliyyəti tamamilə ABŞ-a aiddir”, – Bəqayi vurğulayıb.