
Bakı.Trend:
Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq
onların kartlarını talayan şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər
məhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət işi
başlanılıb, E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.


