
Bu gün səhər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığında İran raketinin avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə BƏƏ hökumətinin media ofisi məlumat yayıb.
“Əbu-Dabi əmirliyinin səlahiyyətli orqanlarının verdiyi məlumata görə, Əl-Bəhiyə rayonunda raket avtomobilin üzərinə düşüb, nəticədə bir fələstinli həlak olub”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


