
Suriya Türkman Məclisinin yeddinci qurultayında yeni rəhbərlik seçilib.
“Report” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, qurultay Çobanbey şəhərində keçirilib. Toplantıda Suriyanın müxtəlif bölgələrində, o cümələdən Hələb, Lazkiyə, Tartus, Hums, Hama, İdlib, Rəqqə, Dəməşq, Qolan və Dərada yaşayan türkmənlərin milli, ictimai və siyasi fəalları, o cümlədən Türkiyənin Hələb Baş Konsulu, ölkənin başqa rəsmiləri iştirak ediblər.
Bu tədbir Suriyada Bəşşar Əsəd rejiminin süqutundan sonra ölkənin yeni siyasi mərhələyə daxil olduğu dövrdə mühüm siyasi hadisə olaraq qiymətləndirilir.
Qurultay çərçivəsində keçirilən seçkilərdə Abdurrahman Mustafa növbəti dəfə Suriya Türkman Məclisinin sədri seçilib.
Məclis rəhbərliyinin Suriyanın yenidən formalaşan siyasi mühitində türkmən icmasını təmsil etdiyi və hüquqlarının müdafiəçisi olduğu bəyan edilib.
Qeyd edək ki, Suriya Türkman Məclisi türkmənlərin siyasi təmsilçisi kimi ölkənin ən mühüm institusional quruluşlarından biri olaraq həm yerli, həm də regional səviyyədə tanınmaqdadır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


