
Bakı. Trend:
Bu ilin mart ayının 1-nə respublika üzrə uçotda olan vergi
ödəyicilərinin sayı 1.690.311 nəfər olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Bildirilib ki, vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslər,
13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o
cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3
faiz artıb.
Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı
206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz
çoxdur.
2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət
qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı,
8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88
faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin
yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı
məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə
97,4 faiz təşkil edib.
2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan
kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət
formasında yaradılıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv
kommersiya qurumlarının sayı 7,4 faiz artıb.


