- 16 mart, 2026
- 10:47

Ramin Məmmədov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun martın 16-da Salyanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə “Report”a komitədən məlumat verilib.
Qeyd edilib ki, komitə sədri martın 18-də Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136) keçiriləcək.
Komitədən bildirilib ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (əlaqə vasitələri: (070) 220 00 20, (021) 212 21 30, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


