Qazaxıstan vətəndaşlarının 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib

Baş səhifə
Qazaxıstan vətəndaşlarının 87 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə referendumun ilkin nəticələri açıqlanıb.

“Report”un Qazaxıstan bürosu ölkənin Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir ki, səsvermədə ölkədə və xaricdə 9 127 192 vətəndaş iştirak edib ki, bu da ümumi seçici sayının 73,12 %-ni təşkil edir.

Komissiyanın məlumatına görə, 7 954 667 nəfər və ya səsverənlərin 87,15 %-i yeni Konstitusiya layihəsinin qəbul edilməsini dəstəkləyib.

Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə referendumda iştirak etmək hüququna malik vətəndaşların yarıdan çoxu iştirak edib.