Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

Baş səhifə
Martın bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

Qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bununla da mart ayının bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb.

Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.