
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri vasitəsilə
TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri
layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların
daşınmasına başlanılıb.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir.
Prosesdə ASCO-nun “Natavan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur
Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak
edir.
İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700
ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.


