Səudiyyə Ərəbistanı 60-dan çox İran dronu zərərsizləşdirib

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə İsrail, ABŞ və İranın cəlb olunduğu münaqişənin
alovlanması fonunda Səudiyyə Ərəbistanı yenidən kütləvi dron
hücumuna məruz qalıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi gecə
saatlarından bəri 60-dan çox dronun hava hücumlarından müdafiə
sistemləri tərəfindən zərərsizləşdirildiyini təsdiqləyib.




Dronlar ölkənin şərq bölgəsində vurulub. İran Səudiyyə
Ərəbistanı və digər Körfəz ölkələrində ABŞ-yə aid hərbi-strateji
obyektləri vurduğunu iddia edir.

Məlumata görə, hazırda ABŞ krallıqda hava hücumundan müdafiə,
logistika və regional təhlükəsizlik missiyalarını dəstəkləyən
təxminən 10 hərbi obyektə malikdir və ya onlardan istifadə edir.
Əsas obyektlərdən biri Riyad yaxınlığında yerləşən “Prince Sultan”
aviabazasıdır. Burada ABŞ qüvvələri, raketdən müdafiə sistemləri və
hərbi təyyarələri yerləşdirilib.