KİV: Mehrabad aeroportuna intensiv hava zərbələrindən sonra təyyarə yanıb

Baş səhifə
KİV: Mehrabad aeroportuna intensiv hava zərbələrindən sonra təyyarə yanıb

Tehranın ətraf ərazilərindən birinə edilən son hava hücumu nəticəsində Mehrabad beynəlxalq hava limanının ərazisində təyyarə yanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, intensiv zərbələr silsiləsindən sonra təyyarələrdən biri alovlanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.