Moped divara çırpıldı – Sürücü öldü

Baş səhifə

Bakıda moped divara çırpılıb.

Modern.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Mayılov Hüseyn Mayıl oğlu idarə etdiyi “Champ” markalı moped ilə Xəzər rayonu, Şağan qəsəbəsində küçədə hərəkətdə olarkən mopedin divara çırpılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.