Abşeron yatağının tammiqyaslı işlənməsi layihəsi üçün ƏMSSTQ açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Abşeron layihəsi üzrə Birgə Müəssisə – TotalEnergies, SOCAR və
XRG – Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün Ətraf
Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin (ƏMSSTQ)
ictimaiyyətə açıqlandığını elan etməkdən məmnundur. Bu açıqlama
Azərbaycan Respublikasının “Ətraf mühitə təsirin qiymətləndirilməsi
barədə” 1175 saylı, 12 iyun 2018-ci il tarixli qanununun, ətraf
mühit və sosial sahə üzrə beynəlxalq fəaliyyət standartlarının
tələblərinə və BM-in layihənin şəffaf və məsuliyyətli qaydada
işlənməsini təmin etmək öhdəliyinə uyğun olaraq həyata
keçirilir.

ƏMSSTQ hesabatının layihə variantının açıqlanması üçün aşağıdakı
ünvanlarda ictimaiyyət ilə məsləhətləşmə xarakterli iki görüş
təşkil edəcəkdir:

  • 02 aprel 2026-cı il, saat 10:00 – 13:00: Landmark III Biznes
    Mərkəzi (Konfrans otağı), Bakı,
  • 03 aprel 2026-cı il, saat 10:00 – 13:00: Səngəçal Mədəniyyət
    Evi

ƏMSSTQ sənədinin layihə variantının çap olunmuş nüsxəsini
aşağıdakı ünvanlardan əldə edə bilərsiniz:

  • Landmark III Biznes Mərkəzi – Lobbi – Nizami küçəsi 90A –
    Bakı,
  • Səngəçal Mədəniyyət Evi – Qaradağ rayonu, Səngəçal qəsəbəsi,
    Suvorov küçəsi,
  • Azərbaycan-Fransız Universiteti – Lobbi – Nizami küçəsi 183 –
    Bakı.

ƏMSSTQ sənədinin layihə variantı aşağıdakı saytddan yüklənə
bilər:


https://totalenergies.com/fr/azerbaidjan/absheron-ffd-esia




Sizinlə yuxarıdakı ünvanlarda keçiriləcək görüşlərdən birində
şəxsən görüşməyi səbirsizliklə gözləyirik.

ƏMSSTQ sənədinin açıqlanmasında məqsəd:

  • Abşeron layihəsinin əhatə dairəsi, fəaliyyətləri və gözlənilən
    təsirləri barədə məlumat vermək,
  • Maraqlı tərəfləri, o cümlədən, hökumət orqanlarını, yerli
    icmaları, QHT-ləri və ümumi ictimaiyyəti layihənin ətraf mühitə və
    sosial sahəyə təsirləri barədə məlumatlandırmaq,
  • İctimaiyyətin ƏMSSTQ sənədini nəzərdən keçirməsinə və
    rəylərini, narahatlıq doğuran məsələləri və ya tövsiyələrini
    bölüşməsinə imkan yaratmaqdır.

Layihə barədə ümumi məlumat:

Abşeron qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100km
cənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP Abşeron
B.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir.
İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb.
Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı
mövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasına
qoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000
barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində
start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeron
yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul
etmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbul
olunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsi
mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə
hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və
mayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı boru
kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara
qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə
mərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdə
gündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kub
metr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk
dövrdə gündə 35 000 barel kondensat hasil ediləcəkdir.