
Bakı. Trend:
“Liverpul”un yarımmüdafiəçisi Dominik Szoboszlai Premyer Liqada
bir mövsüm ərzində sərbəst zərbələrdən vurulan qolların sayına görə
klub rekordu müəyyən edib.
Trend xəbər verir
ki, macarıstanlı futbolçu “Tottenhem”lə keçirilən oyunun ikinci
hissəsinin 18-ci dəqiqəsində standart vəziyyətdən hesabı açıb.
Beləliklə, cari Premyer Liqa mövsümündə Szoboszlai sərbəst
zərbədən vurduğu qolların sayını dördə çatdırıb ki, bu da
“Liverpul” tarixində bir mövsüm üçün ən yüksək göstəricidir.
Qeyd edək ki, Premyer Liqa tarixində bir mövsümdə sərbəst
zərbədən vurulan qollar üzrə rekord isə Devid Bekhem (5 qol,
2000/01 mövsümü) və Laurent Robertə (5 qol, 2001/02 mövsümü)
məxsusdur.


