Bakı. Trend:
“Airbus” şirkəti pilotsuz döyüş təyyarələrini 2029-cu ilədək
Almaniya silahlı qüvvələrinə təhvil verməyi planlaşdırır.
Trend xəbər verir
ki, layihə üzrə işlər Münxendə yerləşən zavodda ABŞ-dən olan
tərəfdaşla birgə aparılır.
Məlumata görə, layihədə süni intellekt əsasında hazırlanmış
“MindShare” proqram təminatından istifadə olunur. Bu sistem pilotu
əvəz etməklə yanaşı, döyüş şəraitində pilotsuz aparatların qruplar
halında koordinasiyasını da təmin edə bilir.
Layihə çərçivəsində sınaq uçuşlarının 2026-cı ilin sonunadək
keçirilməsi planlaşdırılır.

