
Bakı. Trend:
ABŞ hakimiyyəti ya yaxın vaxtlarda Kuba ilə razılıq əldə edəcək,
ya da Vaşinqton Havana ilə bağlı “etməli olduğu addımları
atacaq”.
Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç
şəhərindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlamasında
bildirib.
“Kuba da razılaşma əldə etmək istəyir və düşünürəm ki, ya çox
tezliklə razılığa gələcəyik, ya da etməli olduğumuz işi görəcəyik”,
– deyə Tramp qeyd edib.


