Joan Laporta “Barselona” prezidentliyini qoruyub

Baş səhifə

Bakı. Trend:

“Barselona” klubunda keçirilən prezident seçkilərinin nəticələri
açıqlanıb. Hazırkı rəhbər Joan Laporta səsvermədə böyük üstünlük
qazanaraq postunu qoruyub.

Trend xəbər verir
ki, Laporta seçicilərin 66,6 faizinin dəstəyini alıb.




Bu nəticə onun ən yaxın rəqibi Viktor Fontun topladığı səslərin
iki qatıdır.

Qeyd edək ki, ötən ilin dekabrında 63 yaşlı ispan funksioner
2026-cı ildə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı. Laporta
iki müddət ardıcıl vəzifədə qalmağı qadağan edən qaydadan yan
keçmək üçün seçkilər ərəfəsində istefa verib və beləliklə, yenidən
namizəd olmaq hüququ qazanıb.