ABŞ Hörmüz boğazında beynəlxalq koalisiya yaratmağı planlaşdırır

Baş səhifə

BAkı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın həftə
Hörmüz boğazından keçən kommersiya gəmilərinin müşayiəti üçün
beynəlxalq koalisiya yaradılacağını elan etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.




Məlumata görə, hazırda gəmilərin müşayiətinin Yaxın Şərqdəki
hərbi əməliyyatlar başa çatmamışdan əvvəl, yoxsa sonra başlayacağı
müzakirə olunur.

Koalisiyanın tərkibi barədə hələlik açıqlama verilməyib, lakin
qeyd edilir ki, təşəbbüsə bir neçə ölkə qoşulacaq.