Qızılın qiyməti fevraldan bəri ilk dəfə 5000 dollardan aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Nyu-York Ticarət Birjasının bölməsi olan Comex birjasında aprel
qızıl fyuçerslərinin qiyməti 19 fevral tarixindən bəri ilk dəfə
olaraq troya unsiyası üçün 5000 dollardan aşağı enib.

Trend xəbər verir
ki, bu, ticarət platformasının məlumatlarından məlum olub.




Bakı vaxtı ilə saat 03:20-yə olan göstəricilərə əsasən, qiymətli
metalın dəyəri 1,07 faiz azalaraq troya unsiyası üçün 4969,52
dollar təşkil edib.

Bakı vaxtı ilə saat 03:30-a olan məlumata görə isə qızılın
qiymətində eniş tempi zəifləyib və unsiya üzrə qiymət 0,59 faiz
azalaraq 4993,54 dollara çatıb.