
ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn həftə Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət etmək üçün beynəlxalq koalisiyanın yaradıldığını elan etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.
Mövcud məlumatlara görə, hazırda gəmilərin müşayiəti prosesinin Yaxın Şərqdəki hərbi əməliyyatlar başa çatana qədər, yoxsa dayandırıldıqdan sonra işə salınacağı ilə bağlı müzakirələr aparılır.
Koalisiyada iştirak edən dövlətlərin konkret siyahısı hələlik açıqlanmır, lakin onun tərkibinə bir neçə ölkənin daxil olacağı qeyd edilir.
İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü bəyan edib ki, Hörmüz boğazı ABŞ və müttəfiqlərinin gəmiləri istisna olmaqla, hamı üçün açıqdır. Həmin günün sonunda ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CNN telekanalına müsahibəsində bildirib ki, Vaşinqton boğazdan keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsində digər ölkələrin iştirakını təkidlə tələb edir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


