BEA üzv ölkələri strateji ehtiyatlardan neft çıxarmağa başlayacaq

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr yaxın zamanda
strateji ehtiyatlardan dünya bazarına neft çıxaracaqlar.

Trend xəbər verir
ki, bu addım Yaxın Şərqdəki münaqişə səbəbindən yaranmış tədarük
problemlərini kompensasiya etmək məqsədi daşıyır.

Məlumata görə, bazara ümumilikdə 400 milyon barel neft və neft
məhsulu çıxarılacaq. Bunun 271,7 milyon bareli dövlət
ehtiyatlarından, 116,6 milyon bareli neft sənayesinin məcburi
ehtiyatlarından, 23,6 milyon bareli isə digər mənbələrdən təmin
olunacaq.




Ayırılan yanacağın təxminən 72%-i xam neft, 28%-i isə neft
məhsullarından ibarət olacaq.

Asiya və Okeaniya ölkələri ehtiyatların istifadəsinə dərhal
başlayacaq, Amerika və Avropa ölkələri isə tədarüklərə martın
sonundan start verəcək.

Qərarın məqsədi Yaxın Şərqdə müharibə fonunda neft tədarükündə
yaranan ciddi problemlərin qarşısını almaqdır.