Bakı. Trend:
BƏƏ-də yerləşən Füceyra terminalına edilən hücum zamanı
Hindistan bayrağı altında üzən neft tankeri zərər görməyib və
hazırda neft yükü ilə Hindistana doğru hərəkət edir.
Trend xəbər verir
ki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi mətbuat
açıqlamasında məlumat yayıb.
“Gəmi Füceyranı təhlükəsiz şəkildə tərk edib və Hindistana doğru
yola düşüb. Tanker və onun göyərtəsində olan bütün hindistanlı
dənizçilər təhlükəsizlikdədir”, – deyə nazirliyin açıqlamasında
qeyd olunub.
Nazirliyin məlumatına görə, hücum tanker liman terminalında neft
yükləyərkən baş verib. Buna baxmayaraq, gəmiyə hər hansı zərər
dəyməyib.

