İran bəzi ölkələrlə gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi danışıqlar aparır

Baş səhifə

Bakı. Trend:

İran Hörmüz boğazından gəmilərinin təhlükəsiz keçməsini təmin
etmək üçün bəzi ölkələrlə danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri
Abbas Əraqçi deyib.




“Konkret bir ölkəni qeyd edə bilmərəm, amma təhlükəsiz keçid
istəyən bir neçə ölkə ilə bizimlə əlaqə saxlayıb”, – deyə o
bildirib.

Nazir əlavə edib ki, bu məsələ ilə bağlı son qərar İran
ordusunun ixtiyarındadır və onlar “artıq müxtəlif ölkələrə məxsus
bir qrup gəminin keçməsinə icazə vermək qərarına gəliblər”.