Bakı. Trend:
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə
xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Trend-in
məlumatına görə, bu dəfə İrandan 13 nəfər Rusiya, 1 nəfər
Qazaxıstan və 4 nəfər Çin vətəndaşı Azərbaycan ərazisinə təxliyə
olunub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər
prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və
sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün
bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra
onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola
salınıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə
prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara
uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata
keçirilir.

