13 Rusiya, 4 Çin və 1 Qazaxıstan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

Baş səhifə

Son saatlarda 18 nəfər İrandan Azərbaycana təxliyə olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Rusiya Federasiyasının 13 vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan tərəfə təhlükəsiz şəkildə keçidi təmin olunub.
Bundan əlavə 4 Çin və 1 Qazaxıstan vətəndaşı da İrandan Azərbaycana təxliyə olunub.