İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

İsveçrənin Tehranda yerləşən səfirliyinin daha 3 əməkdaşı
təxliyə olunub.

Trend-in
məlumatına görə, diplomatlar İran sərhədini keçərək, “Astara”
dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz
şəkildə Azərbaycan ərazisinə daxil olublar.




Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər
prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib, sərhəd-keçid
məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri
tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar
təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə
prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara
uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata
keçirilir.