BƏƏ İrandan atılan dörd raket və altı PUA-nın ələ keçirib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə
sistemləri İranın dörd ballistik raketini və altı pilotsuz uçuş
aparatını ələ keçirib.

Trend-in
məlumatına görə, bu barədə BƏƏ Müdafiə Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.




“15 mart 2026-cı ildə BƏƏ-nin hava hücumundan müdafiə sistemləri
İrandan atılan 4 ballistik raket və 6 dronu ələ keçirib”, – deyə
qeyd olunub.

Beləliklə, eskalasiyanın başlanğıcından bəri 298 ballistik
raket, 15 qanadlı raket və 1600-dən çox dron ələ keçirilib.