Azərbaycanın 3×3 basketbol millisi Çempionlar Kubokunda gümüş medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın
paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ikinci
olub.

Trend-in
məlumatına görə, yığmamız finalda Niderlanda 12:21 hesabı ilə
uduzaraq gümüş medal qazanıb.




Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə
lisenziya əldə edib.