Daha 6 nəfər İrandan Azərbaycana təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə
xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi fasiləsiz şəkildə
davam etdirilir.

Trend-in
məlumatına görə, bu gün saat 09:00-dan 14:00-dək olan müddətdə Çin
(1 nəfər) və Azərbaycan (5 nəfər) vətəndaşları sərhədi keçərək
ölkəmizin ərazisinə daxil olublar.




Qeyd edək ki, təxliyə prosesi beynəlxalq təhlükəsizlik
tələblərinə və mövcud prosedur qaydalarına uyğun şəkildə həyata
keçirilir. Sərhəd-keçid məntəqəsində təxliyə olunan şəxslərin rahat
və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün bütün lazımi şərait
yaradılıb.